Reklam resmi
Reklam resmi

Veteranlara yardım edildi

Veteranlara yardım edildi
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

Ajans.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Mövzular:
ƏƏSMN veteran yardım

Digər Xəbərlər