Reklam resmi
Reklam resmi

Bakıdakı böyük sıxlığın səbəbi AÇIQLANDI

Bakıdakı böyük sıxlığın səbəbi AÇIQLANDI
Cəmiyyət

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur.

Ajans.az xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən metronun "Koroğlu" stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar" dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Mövzular:
tıxac yollar

Digər Xəbərlər