Reklam resmi
Reklam resmi

Neft qiymətləri REKORD HƏDDƏ- Bəzi ölkələrə XƏBƏRDARLIQ

Neft qiymətləri REKORD HƏDDƏ- Bəzi ölkələrə XƏBƏRDARLIQ
İqtisadiyyat
679

Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,3 ABŞ dolları və ya 3,36% artaraq 132,35 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128,05 ABŞ dolları təşkil edib.

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Ajans.az-a açıqlama verib. 

O bildirib ki, artan neft qiymətləri neft ixrac edən ölkələr üçün, mənfi tərəflərinə baxmayaraq, ümumiyyətlə müsbət effektləri daha çoxdur. Qiymətlərin yüksəlməsi inflyasiyanı tətikləyə bilsə də, ixrac daxilolmalarını artırdığı və büdcə gəlirlərini gücləndirdiyi üçün ölkə iqtisadiyyatı üçün faydalıdır. Neft gəlirləri iqtisadi aktivliyin artırılmasında böyük rol oynayır və həm büdcənin formalaşmasına, həm də ayrı-ayrı sektorların inkişafına xidmət edir.

Neft qiymətlərinin gələcəkdə necə davam edəcəyi ilə bağlı üç ssenari mövcuddur. ABŞ-ın qlobal maraqlarından dolayı uzunmüddətli yüksək neft qiymətləri onun üçün əlverişli deyil. ABŞ prosesin qısa müddətdə bitməsini, maksimum bir ay ərzində qiymət artımlarının dayandırılmasını istəyir. Bu səbəbdən, bir aya qədər neft qiymətlərinin yüksək qalması, hətta 150 dollar səviyyəsini keçməsi mümkün olsa da, bundan sonra enişlərin başlaması gözlənilir.

Eldəniz Əmirov qeyd edib ki, yüksək neft qiymətləri neft ixrac etməyən ölkələr və qlobal iqtisadiyyatın aparıcı iqtisadiyyatları üçün mənfi təsir göstərir. Qiymət artımları həm yanacaq, həm xammal sahələrində, həm də iqtisadi aktivlikdə daralmaya səbəb olur. Qlobal iqtisadiyyatda neft qiymətlərinin 10% artımı,qlobal inflasiyanı 0,3-0,5% bəndi artırır və məhsul artım tempinə mənfi təsir göstərir. Bu faktorlar qlobal iqtisadiyyat və qeyri-neft ixrac edən ölkələr üçün əhəmiyyətli fəsadlar yaradır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Neft Qiymət Baha

Digər Xəbərlər