Reklam resmi
Reklam resmi

Sabahdan bu şəxslər cərimələnəcək

Sabahdan bu şəxslər cərimələnəcək
Cəmiyyət

"Tütün və tütün məmulatları haqqında Qanun"la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.

Ajans.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

    "Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunur.

    Mövzular:
    cərimə tütün

    Digər Xəbərlər