Reklam resmi
Reklam resmi

E-məhkəmə də PROBLEM- Vəkillər NARAZIDIR

E-məhkəmə də PROBLEM- Vəkillər NARAZIDIR
Gündəm

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına məxsus olan “e-məhkəmə” portalının fəaliyyətində problemlər yaranıb. Bir sıra vəkillər qeyd edib ki, sistemə çətinliklə daxil olurlar və sənədlərin siyahısını görə bilmirlər.

Məsələ ilə bağlı vəkil Aqil Layıc Ajans.az-a açıqlama verib. 

O bildirib ki, əvvəlki sistem daha əlverişli olub. Effektivliyi də yaxşı idi. Lakin indi “labirint”ə bənzəyir. Bununla bağlı bir çox vəkil narazılıq edib.  Vəkillərə məxsus panel artıq bərbad haldadır. 

Mövzuya aydınlıq gətirmək üçün Məhkəmə-Hüquq Şurası ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətindən bizə bildirildi ki, problemdən xəbərdardırlar. 

“Vəkillərin hazırki, platformada rahat və sərbəst fəaliyyəti üçün mühüm addımlar atılır. Video-formatda vəkillərə proses haqqında ətraflı təlimlər keçiriləcək. Həmçinin, sistemin quruluşunda da yenilənmə mövcuddur.” deyə, məlumatda əks olunub.

author picture
Zərif Sofiyeva
Mövzular:
“e-məhkəmə” portalı Məhkəmə-Hüquq Şurası

Digər Xəbərlər