Reklam resmi
Reklam resmi

Azərbaycan elminə AĞIR İTKİ

Azərbaycan elminə AĞIR İTKİ
Cəmiyyət
751

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib.

Möhübbət Hümbət oğlu Nəcəfli 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1984-1989- illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 2006-cı ildə  namizədlik dissertasiyasını müdafiə edib, Əmək fəaliyyətinə AMEA-nın “BİOTEX” EİB-nin birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1993-2016-cı illərdə BDU-nun Biologiya fakültəsinin nəzdindəki “Biotexnologiya” ETL-də elmi işçi, 2007-ci ildən “Gənc İstedadlar” liseyində müəllim, 2016-cı ildən Biologiya fakültəsinin Həmkarlar təşkilatının sədri, 2016- 2020-ci illər ərzində Bitki fiziologiyası kafedrasında müəllim işləyib. 2016-cı ildən həm də Genetika kafedrasında müəllim kimi fəaliyyət göstərirdi.  Allah rəhmət eləsin!

Mövzular:
itki ölüm

Digər Xəbərlər