Rza Pəhləvi Trampı TƏRİFLƏDİ
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi ölkədə hakimiyyətə gəlmək niyyətini açıqlayıb.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, o, ABŞ-də keçirilən ən böyük illik mühafizəkar toplantılardan birində çıxış edərək, “vaxtı çatanda” yeni İran hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib. Pəhləvi eyni zamanda İran vətəndaşlarını uyğun məqam yetişdikdə üsyana qalxmağa çağırıb.
O, çıxışı zamanı ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasətini yüksək qiymətləndirib və gələcəkdə İranın ABŞ-ın müttəfiqinə çevrilə biləcəyini istisna etməyib.
“İranın ‘Ölüm Amerikaya’ şüarından ‘Tanrı Amerikaya xeyir versin’ mərhələsinə keçdiyini təsəvvür edə bilərsinizmi?” – deyə o vurğulayıb.
Pəhləvi əlavə edib ki, Tramp “Amerikanı yenidən böyük edir”, özü isə “İranı yenidən böyük etmək” niyyətindədir.
Mövzular: