Reklam resmi
Reklam resmi

Yağışlı hava şəraitində polis xidmətini DAVAM ETDİRİR

Yağışlı hava şəraitində polis xidmətini DAVAM ETDİRİR
Cəmiyyət

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.

Ajans.az xəbər verir ki, şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir.

Yağışın yaratdığı hallarla bağlı daxil olan bütün müraciətlərə operativ reaksiya verilir, ehtiyacı olan vətəndaşlara yerində köməklik göstərilir. Sürücülərdən və piyadalardan xahiş olunur ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Polis əməkdaşları Yağışlı hava Gücləndirilmiş rejim

Digər Xəbərlər