Reklam resmi
Reklam resmi

Oğuzda ağacları kəsən şəxs SAXLANILIB

Oğuzda ağacları  kəsən  şəxs SAXLANILIB
Cəmiyyət

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədə  Ajans.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mövzular:
Oğuz rayonu Filfilli kəndi Daxili İşlər Nazirliyi Oğuz Rayon Polis Şöbəsi Cinayət Məcəlləsi

Digər Xəbərlər