Bu yollarda TIXAC VAR
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Ajans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 1. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində; 2. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 5. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 6. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 7. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.