Reklam resmi
Reklam resmi

İsmayıllıda 6 otaqlı ev YANIB

İsmayıllıda 6 otaqlı ev YANIB
Hadisə

İsmayıllı rayonu ərazisində güclü yanğın baş verib.

 Ajans.az xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Bayramov Vüsal Vəli oğluna məxsus 6 otaqlı yaşayış evində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb. Faktla bağlı araşdırma aparılır. \ Report

Mövzular:
İsmayıllı Güclü yanğın Cülyan kəndi

Digər Xəbərlər