Reklam resmi
Reklam resmi

Taksi sürücüsünə qarşı soyğunçuluq EDİLDİ

Taksi sürücüsünə qarşı soyğunçuluq EDİLDİ
Cəmiyyət

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər Xəbərlər