Reklam resmi
Reklam resmi

Hərbi təyyarə qəzaya uğradı - bu ölkədə

Hərbi təyyarə qəzaya uğradı - bu ölkədə
Dünya

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus Hercules C-130 təyyarəsi, göyərtəsində 100-dən çox hərbçi olan, ölkənin cənubunda qəzaya uğrayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.

Ölkənin müdafiə naziri Pedro Sançez hadisəni təsdiqləyib, lakin təyyarədə olan insanların dəqiq sayını açıqlamayıb.

Nazir bildirib ki, təyyarə Puerto-Leqizamoda havaya qalxarkən qəzaya uğrayıb və göyərtədə Kolumbiya silahlı qüvvələrinin üzvləri olub.

Mövzular:
kolumbiya təyyarə hərbi

Digər Xəbərlər