Reklam resmi
Reklam resmi

İllərin verilişləri BAĞLANDI- Belə şəxsləri efirə buraxmaq OLMAZ!

İllərin verilişləri BAĞLANDI-  Belə şəxsləri efirə buraxmaq OLMAZ!
Şou Biznes
821

Son günlər ölkənin efir məkanında dəyişikliklər oldu. Tamaşaçıların illərlə izlədiyi verilişlər artıq fəaliyyətini dayandırdı.

Deputat Tahir Rzayev məsələ ilə bağlı fikirlərini Ajans.az-a bildirib. 

O qeyd edib ki, televiziya məkanında atılan son addımlar rəğbətlə qarşılandı. Çünki insanların mənəvi dünyaları zənginləşdi. 

Müəyyən zamanlarda bu tip verilişlərə xəbərdarlıqlar edilsə də, heç bir dəyişiklik olmadı. Lakin indi maarifləndirici proqramlara ehtiyac var. 

Tahir Rzayev söyləyib ki, ailə dəyərlərinə, insanlığa xas olan əməlləri birləşdirən layihələr çox olmalıdır. Buna görə də ilk jurnalistlər peşəkar olmalıdır. Peşəkar olmayan, xalqın adət-ənənələrinə hörmət etməyən jurnalist yaxşı veriliş hazırlaya bilməz. 

Jurnalistin peşəkarlığı sual verməsindən, qarşısındakı şəxsi tanımasından da asılıdır. 

Millət vəkili əlavə edib ki, o cür verilişlərin sayının çoxaımasında ilk günahkar elə jurnalistlərin özüdür. Çünki onlar öz üzərlərində çalışmır, faktlara əsaslanmadan fikir yürüdürlər. 

“Hər insanı efirə çıxartmaq olmaz. Onların keçmişi, gördüyü işlər araşdırılmalıdır. Efirdə qonaq olan insan danışır, fikirlərini milyonlara ötürür. Ailə dəyərlərini, əxlaqı anlamayan şəxs cəmiyyətə fayda verə bilməz” deyə, o qeyd edib. 

Sonda deputat əlavə edib ki, uşaq verilişlərinin sayı artmalıdır. Amma bunu hər jurnalist bacarmaz. Burada uşaq psixologiyasını bilmək vacibdir. Üstəlik də uşaqların yaşlarına uyğun mövzular işlənməli, bayağı suallardan qaçırılmalıdır.

author picture
Zərif Sofiyeva
Mövzular:
efir məkanı Tahir Rzayev

Digər Xəbərlər