İsveçrədən Azərbaycana investisiyalar 5 dəfə artıb
İsveçrənin Azərbaycan iqtisadiyyatına 2025-ci ildə birbaşa xarici investisiyaları (BXİ) 326,378 milyon ABŞ dolları təşkil edib.
Ajans.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 5,07 dəfə və ya 262,009 milyon ABŞ dolları artıb.
Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən olan investisiyaların payı 4,9 % təşkil edir.
Mövzular: