Pakistan Əfqanıstandakı əməliyyatları DAYANDIRDI
Pakistan hakimiyyəti Əfqanıstana qarşı həyata keçirilən hərbi əməliyyatları beş gün müddətinə dayandırmaq qərarı verib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Nazir bildirib ki, qərar müsəlmanların Ramazan bayramı - Fitr bayramı münasibətilə qəbul olunub. O əlavə edib ki, bu addım həm Pakistanın öz təşəbbüsü, həm də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dost müsəlman ölkələrinin xahişi əsasında atılıb.
Mövzular: