Xəzərdə ardıcıl ZƏLZƏLƏLƏR – Azərbaycan üçün TƏHLÜKƏ VAR?
Son bir neçə gündə Xəzər dənizində bir neçə dəfə zəlzələ baş verib. Bu gün də 3.6 maqnitudalı gücündə zəlzələ olub.
Bəs gələcəkdə zəlzələrin gücü və sayı arta bilərmi?
Mövzu ilə bağlı seysmoloq Qurban Yetirmişli Ajans.az-a açıqlama verib?
O bildirib ki, həm bu gün, həm də ötən günlərdə olan zəlzələrin gücü hiss olunmayıb. Çünki maqnitudaları aşağı və dərinlikdə olub.
İl başlayandan Xəzər dənizində 6 zəlzələ qeydə alınıb. Onların da gücü 3. 3,5-dən yuxarı olanlardır.

Qurban Yetirmişli açıqlayıb ki, Azərbaycan seysmoloji bölgədə yerləşir. Ona görə də, hər gün kiçik bal da olsa, yeraltı təkanlar olur. Maqnitudası 3-dən yuxarı olanları isə cəmiyyətə ötürülür. Bir il ərzində ölkə ərazisində 5000-dən başlayaraq daha çox zəlzələlər qeydə alınır. Onların içərisində insanların hiss edə bildikləri də daxildir.
Seysmoloq söyləyib ki, xırda təkanlar böyük zəlzələlərə dəlalət etmir. Çünki zəlzələnin olduğu ocağın enerji və gücü hesablanır. Üstəlik Azərbaycan ərazisində elə məkanlar yoxdur ki, sonradan böyük zəlzələlərin olmasına şərait yaradılsın.