Bakıda güclü yanğın BAŞLADI
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə edilməsi, ərazinin mühafizə olunması, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Eyni zamanda, polis əməkdaşları tərəfindən avtomobil yolunda yarana biləcək sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi istiqamətində zəruri işlər davam etdirilir.
Mövzular: