Bu ölkədən Azərbaycana köçürmələr artdı
2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dolları təşkil edib.
Ajans.az xəbər verir ki, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 15,972 milyon ABŞ dolları və ya 26,4% çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 15,1% təşkil edib. Bununla da ABŞ Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.
Mövzular: