Reklam resmi
Reklam resmi

Bankomatda qalan pul OĞURLANDI

Bankomatda qalan pul OĞURLANDI
Cəmiyyət

Nizami rayonunda paytaxt sakini olan bir nəfər bankomatda unutduğu 676 manatının oğurlanması barədə polisə müraciət edib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı H.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, kart sahibi əməliyyatı başa çatdıra bilməyib və bankomatın yanından uzaqlaşıb.

 H.Allahverdiyev isə hesabın açıq olduğunu görərək zərərçəkənin maddi vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər