Ramazan ayında bunu bilmək VACİBDİR
Ramazanda tutulan orucun orqanizmamıza ziyan verməməsi üçün yalnız qida yox, bədənin su balansına da diqqət etmək lazımdır.
Ajans.az xəbər verir ki, türk Uzm. Dyt. Ayça Sena Yılmaz bildirib ki, bədən gün ərzində tər və tənəffüs yolu ilə itirdiyi mayeni iftar və sahur arasında düzgün şəkildə bərpa etməzsə, "yüngül dehidratasiya” riski yarana bilər.
Gün ərzində kifayət qədər su qəbulunun əhəmiyyəti: Bədənin təxminən 55–60%-nin sudan ibarət olduğunu vurğulayan Uzm. Dyt. Yılmaz deyib ki, su bədən temperaturunun tənzimlənməsi, hüceyrələrin fəaliyyəti, qida maddələrinin daşınması, həzm, metabolizm və toksinlərin atılması kimi bir çox həyati funksiyada iştirak edir. Gün ərzində uzun müddət su qəbul edilmədikdə bədən maye balansını qorumaq üçün müxtəlif mexanizmlər işə düşür. Ramazanda kifayət qədər su içilmədikdə halsızlıq, baş ağrısı, konsentrasiya çətinliyi, qəbizlik və təzyiq düşüklüyü kimi problemlər yarana bilər.
Kafein və susuzluq: Onun sözlərinə görə, gün ərzində su qəbul edilmədikdə bədən tər, tənəffüs və sidik yolu ilə maye itirməyə davam edir. Bu itkilər bərpa edilmədikdə yüngül dehidratasiya yaranır. Xüsusilə intensiv fiziki aktivlik, kafein istehlakı və duzlu qidalar susuzluq hissini artırır. Ramazan ayında ən çox edilən səhvlərdən biri iftar zamanı birdən çox su içməyə çalışmaqdır. Lakin bədən qısa müddətdə çox miqdarda mayeni effektiv istifadə edə bilmir. Ona görə də suyu iftar ilə sahur arasında tədricən və balanslı şəkildə qəbul etmək daha sağlam yanaşmadır.
Günlük su miqdarı 2–2,5 litr: Orqanizması sağlam olanlar üçün gündəlik su ehtiyacının təxminən 2–2,5 litr olduğunu deyən Uzm. Dyt. Yılmaz qeyd edib ki, bu miqdar fərdin çəkisinə, yaşına, fiziki aktivliyinə və hava şəraitinə görə dəyişə bilər. Ramazanda bu miqdarı təmin etmək üçün iftar və sahur arasında su qəbulunu planlamaq vacibdir. İftarda 1–2 stəkan, iftar sonrası 4–5 stəkan, sahurda isə 2–3 stəkan su içməklə ümumilikdə 8–10 stəkan su qəbul etmək mümkündür. Bundan əlavə, şorba, ayran, kefir, süd və suyu çox olan tərəvəz-meyvələr də maye balansına töhfə verir.
Mövzular: