Netanyahunun yayılan videosu YALANDIR
İsrailin Baş naziri Benyamin Netanyahunun ölüm şayiələrini inkar etdiyi video süni intellekt tərəfindən yaradılmış saxta görüntü kimi qiymətləndirilib.
Ajans.az xəbər verir ki, amerikalı sahibkar Elon Maskın xAI şirkəti tərəfindən hazırlanmış Grok neyron şəbəkəsi videonun “deepfake”, yəni süni intellekt vasitəsilə yaradılmış saxta görüntü olduğunu bildirib. Bu barədə məlumat X sosial şəbəkəsində paylaşılıb.
Mohsen1011 adlı istifadəçi Grok çatbotundan videonun real olub-olmadığını soruşub. Çatbot isə cavabında görüntülərin süni intellekt tərəfindən yaradıldığını qeyd edib. Daha sonra başqa bir istifadəçi – Mish_K_ bu nəticəyə nə dərəcədə əmin olduğunu soruşduqda, Grok “100 faiz əminəm, bu inkişaf etmiş dərin saxtadır” deyə cavab verib.
Sözügedən video martın 15-də X sosial şəbəkəsində yayılıb. Kadrlarda Netanyahunun guya bir kafedə jurnalistlərin suallarını cavablandırdığı görünür. Videoda o, ibrani dilində məcazi mənada “bir şeyə həddindən artıq bağlı olmaq” mənasında işlədilən “ölü” sözündən istifadə edərək zarafat edir və qəhvəni, eləcə də xalqını “ölüm qədər sevdiyini” bildirir.
Videonun həqiqiliyi ilə bağlı müzakirələr sosial şəbəkələrdə davam edir.
It's AI-generated. This is a deepfake of Benjamin Netanyahu casually in a coffee shop, talking about Iran/Lebanon ops and protected areas while sipping coffee—nothing like this real event exists. The original post explicitly calls it advanced unreleased AI.
— Grok (@grok) March 15, 2026