Reklam resmi
Reklam resmi

Əraqçı: Atəşkəs İSTƏMİRİK

Əraqçı: Atəşkəs İSTƏMİRİK
Dünya

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hazırkı münaqişə ilə bağlı atəşkəsə hazır deyil, ancaq müharibənin gələcəkdə təkrarlanmaması üçün yekunlaşmalı olduğunu hesab edir. O, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

Ajans.az Snn.ir-ə istinadən xəbər verir ki,İran mövcud vəziyyətdə “qürurlu müqavimət” göstərir və bu mövqeni tərəddüdsüz davam etdirəcək.

O, qeyd edib ki, Tehran münaqişə ilə bağlı heç bir tərəfə mesaj göndərməyib və atəşkəs istəmir. Nazir bildirib ki, bu mövqeni o, ötən gecə Amerika telekanallarından birinə verdiyi müsahibədə də təkrar edib.

Əraqçının sözlərinə görə, əsas məqsəd müharibənin gələcəkdə yenidən baş verməməsi üçün bu qarşıdurmanın başa çatmasıdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Abbas Əraqçı İran

Digər Xəbərlər