Reklam resmi
Reklam resmi

Polşa prezidenti Azərbaycan-Ermənistan məsələlərini müzakirə etdi

Polşa prezidenti Azərbaycan-Ermənistan məsələlərini müzakirə etdi
Siyasət

Polşa prezidenti Anjey Dudan Ermənistana rəsmi səfər edib.

Ajans.az xəbər verir ki, dövlət katibinin müşaviri, Polşa prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Mişko Pavlak bildirib ki, onun İrəvandakı danışıqlarının əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh prosesi olacaq.

“Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və Polşa onun tezliklə başa çatacağına ümid edir”, - deyə, Pavlak mətbuat üçün brifinq zamanı deyib.

O qeyd edib ki, prezident Duda iki həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 iqlim konfransında iştirak edib, Azərbaycan prezidenti ilə görüşüb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyəti və sülh prosesini müzakirə edib.

Pavlak Azərbaycan tərəfi ilə danışıqlara dair ətraflı məlumat vermədən əlavə edib ki, indi Ermənistan tərəfi ilə danışmaq vaxtıdır. Polşanın yanvar ayından etibarən Aİ Şurasına sədrlik edəcəyini vurğulayan Pavlak Aİ-nin genişlənməsinin Polşanın sədrliyinin prioritetlərindən biri olacağını bildirib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Polşa prezidenti Polşa Anjey Dudan Ermənistan Rəsmi səfər Azərbaycan- Ermənistan

Digər Xəbərlər