Reklam resmi
Reklam resmi

İranın hava limanına ŞİDDƏTLİ HÜCUM: YARALILAR VAR

İranın hava limanına ŞİDDƏTLİ HÜCUM: YARALILAR VAR
Dünya
319

Bağdad Beynəlxalq Hava Limanı ərazisinə raket və dron hücumu həyata keçirilib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, hücum zamanı beş nəfər xəsarət alıb. Yaralananlar arasında dörd hava limanı əməkdaşı və bir mühafizəçi var. Bundan əlavə, bir mühəndisin də xəsarət aldığı bildirilib.

Hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. Raketlərin düşdüyü ərazilər hava limanı, duzsuzlaşdırma zavodu, Şəhid Alaa Hava Bazası yaxınlığı, ABŞ səfirliyinin logistika obyektinə bitişik ərazi və Bağdad Mərkəzi Həbsxanasının (Əl-Karx) ətrafı olub.

Təhlükəsizlik qüvvələri paytaxtın qərb hissəsində yerləşən Ər-Radvaniya məhəlləsində nəqliyyat vasitəsində gizlədilmiş raket buraxılış qurğusunu aşkar edərək zərərsizləşdiriblər.

İlkin məlumatlara əsasən, hava limanının yaxınlığında üç pilotsuz uçuş aparatı vurulub. Daha sonra təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, atılan raketlərdən bəziləri ABŞ hərbi bölməsinin yerləşdiyi hava limanı bazasının ərazisinə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər