Reklam resmi
Reklam resmi

Yunanıstana məxsus tankerə hücum edildi

Yunanıstana məxsus tankerə hücum edildi
Dünya

Qara dəniz sularında Yunanıstana aid olan "Maran Homer" tankeri hücuma məruz qalıb. Gəminin sağ tərəfinə zərər dəysə də, ekipaj üzvləri arasında yaralanan olmayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Skai" telekanalına Yunanıstanın gəmiçilik və ada siyasəti naziri Vasilis Kikilias açıqlama verib.

Nazirin sözlərinə görə, Yunanıstan bayrağı altında üzən gəmi Novorossiysk limanından 14 dəniz mili aralıda zərbəyə tuş gəlib. Hadisə anında göyərtədə 10 yunan, 13 filippinli və biri rumın olmaqla ümumilikdə 24 dənizçi olub. Onların vəziyyəti normaldır.

Mövzular:
qara dəniz tanker

Digər Xəbərlər