Reklam resmi
Reklam resmi

Bakıda GÜCLÜ YANĞIN

Bakıda GÜCLÜ YANĞIN
Hadisə
549

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bununla bağlı Ajans.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Digər mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri

Digər Xəbərlər