Reklam resmi
Reklam resmi

Saat 10-da işıq KƏSİLƏCƏK

Saat 10-da işıq KƏSİLƏCƏK
Cəmiyyət

Bu gün saat 10:00-dan 14:00-dək Mingəçevir şəhərinin Nəriman Nərimanov, Nizami və Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində "Şəhər" yarımstansiyasından çıxan 8 saylı hava xətti və bu xətdən qidalanan transformator məntəqəsində (TM) təmir işlərinin aparılmasıdır.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
işıq fasilə

Digər Xəbərlər