Reklam resmi
Reklam resmi

Nazir ona yüksək VƏZİFƏ VERDİ

Nazir ona yüksək VƏZİFƏ VERDİ
Cəmiyyət

Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.

Ajans.az xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb./İqtisadiyyat.az

Mövzular:
Nazir təyinat

Digər Xəbərlər