Reklam resmi
Reklam resmi

İran Google-da HƏDƏLƏDİ

İran Google-da HƏDƏLƏDİ
Dünya

İran Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli iqtisadi mərkəzlərə və banklara zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı qərargahın sözçüsünə istinadən məlumat yayıb.

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı “Xatəm əl-Ənbiya” bəyan edib ki, İran bankına edilən hücumdan sonra Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli “iqtisadi mərkəzlər” və banklar hədəfə alına bilər.

Sözçü bildirib ki, “düşmən bizə ABŞ-a və regiondakı sionist rejimə məxsus iqtisadi mərkəzlərə və banklara zərbə endirmək imkanı verib”.

O, həmçinin Yaxın Şərq ölkələrinin sakinlərinə həmin bank və maliyyə qurumlarından ən azı 1 kilometr radiusda uzaq durmağı tövsiyə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Google

Digər Xəbərlər