Reklam resmi
Reklam resmi

Xətaidə Sarayevo küçəsində gecə ilə peyda olan DAHA BİR OBYEKT

Xətaidə Sarayevo küçəsində gecə ilə peyda olan DAHA BİR OBYEKT
Cəmiyyət

Xətai rayonu, Sarayevo küçəsində gecə saatlarında obyekt tikildiyi iddia olunur.

Bu barədə Ajans.az-ın qaynar xəttinə ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, obyekt gecə saatlarında inşa edilib və nəticədə səki zəbt olunub.

Bildirilib ki, aparılan tikinti işləri piyadaların hərəkətinə maneə yaradır və ərazidə narahatlıq doğurur. Hadisənin baş verməsindən bir neçə gün keçməsinə baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hər hansı tədbir görülməyib.

Ərazidə yaşayan sakinlər problemin araşdırılmasını və qanunsuz tikinti ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Mövzular:
Xətai rayonu Sarayevo küçəsi Qanunsuz obyekt

Digər Xəbərlər