Reklam resmi
Reklam resmi

Polis əməliyyat KEÇİRDİ-GÖRÜNTÜLƏR

Polis əməliyyat KEÇİRDİ-GÖRÜNTÜLƏR
Kriminal

Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanılıb.

Bununla bağlı Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də  yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Mövzular:
əməliyyat saxlanılan Polis

Digər Xəbərlər