Güclü ZƏLZƏLƏ: BU ÖLKƏDƏ...
İtaliya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzdən bildirilib ki, zəlzələnin episentri təxminən 959 000 insanın yaşadığı Neapol şəhərindən 43 km cənub-qərbdə olub. Episentr 375 km dərinlikdə yerləşib.
Heç bir insan itkisi və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mövzular: