Niderlandda alov topu müşahidə edilib
Niderland səmasında mütəxəssislərin meteorit olduğu deyildiyi alov topu müşahidə edilib.
Ajans.az xəbər verir ki, bu barədə "NOS" televeziyası bildirib.
Məlumata əsasən, ölkə daxilində polis bölmələrinə alov topu barədə məlumatlar daxil olub. Kosmik obyektlər üzrə mütəxəssislər Yoost Hartman və Rob Van der Berq bildiriblər ki, bu məlumatlar bölgəyə meteorit düşməsini sübut edir.
Onların sözlərinə görə, Niderland səmasında hansı obyektin uçduğunu yalnız onun düşdüyü yeri tapmaqla öyrənmək mümkündür.
Mövzular: