SEPAH Müctəba Xameneiyə tam sadiqlik ELAN ETDİ
Bu gün SEPAH yaydığı bəyanatda İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sadiqliyini elan edib.
Ajans.az Tasnim News-a istinadən xəbər evrir ki, bəyanatda SEPAH-ın ali rəhbər Müctəba Xameneyinin əmrlərini yerinə yetirmək üçün tam tabe olmağa və lazım gəldikdə özünü qurban verməyə hazır olduğu vurğulanır.
Açıqlamada SEPAH özünü “dini hakimiyyətin” (vilayət-e fəqih sisteminin) əsgəri və güclü dayağı kimi təqdim edərək, Ekspertlər Şurasının onu ali rəhbər kimi seçmək qərarını dəstəklədiyini bildirib.
SEPAH bəyanatda İran İslam İnqilabının banisi Ruhullah Xomeyni və keçmiş ali lider Əli Xameneyinin irsini qorumağa sadiq olduğunu qeyd edib.
Mövzular: