Reklam resmi
Reklam resmi

İranda 12 min nəfərlik idman stadionu VURULDU

İranda 12 min nəfərlik idman stadionu VURULDU
Dünya

Tehranda yerləşən və təxminən 12 min tamaşaçı tutumuna malik stadion hücum nəticəsində zərər görüb.

Ajans.az xəbər verir ki, ISNA agentliyi stadionun zərbədən sonrakı görüntülərini yayımlayaraq bunu “ABŞ və İsrailin hücumlarının nəticəsi” kimi təqdim edib.

Digər tərəfdən, Iran International telekanalı fərqli açıqlama ilə çıxış edib. Kanalın məlumatına görə, İran hakimiyyəti ölkədəki bəzi stadion və idman komplekslərindən hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün istifadə edir.

Mənbələrin bildirdiyinə görə, hücumun əsas hədəfi stadionun yaxınlığında yerləşən İran ordusunun xüsusi təyinatlı qüvvələr bölməsinin bazası olub. 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər