Reklam resmi
Reklam resmi

İrandan vacib AÇIQLAMA

İrandan vacib AÇIQLAMA
Dünya
1977

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi Tehranın davam edən münaqişə ilə bağlı mövqeyini açıqlayaraq, ona son qoymaq üçün şərtləri təqdim edib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, İranın Cenevrədəki son danışıqlarda təqdim olunan təklifləri rədd etməsi barədə xəbərlər həqiqətə uyğun deyil və bu cür iddiaları “sadəcə müharibəyə başlamaq üçün bəhanə” adlandırıb.

O vurğulayıb ki, İranın ABŞ-a qarşı hərəkətləri regional ölkələrə qarşı düşmənçilik kimi şərh edilməməlidir.

“Onlar müharibəni dayandırmalıdırlar. Biz başlatmadıq. Bizim seçimimiz diplomatiyadır. Daxili tənqidlərə baxmayaraq, hökumət diplomatik prosesi dəstəklədi və biz müharibədən qaçmağa çalışdıq. Lakin düşmən müharibəni seçdi. Ona son qoymağın yolu düşmənin dayanmasıdır”, – deyə Baqayi əlavə edib.

Sözçü beynəlxalq ictimaiyyəti məsuliyyətli mövqe tutmağa çağırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər