Reklam resmi
Reklam resmi

Azərbaycan və İran birgə hərbi təlimlərə başladı - FOTOLAR

Azərbaycan və İran birgə hərbi təlimlərə başladı - FOTOLAR
Cəmiyyət

İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.

Bu barədə Ajans.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

Mövzular:
Müdafiə Nazirliyi təlim İran Azərbaycan

Digər Xəbərlər