Reklam resmi
Reklam resmi

Biləsuvarda sürücü HƏBS EDİLDİ

Biləsuvarda sürücü HƏBS EDİLDİ
Cəmiyyət

Avtomobili psixotrop maddənin təsiri altında idarə edən şəxs həbs edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Biləsuvar rayonu ərazisində "Vaz 21214" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib. 

Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

Digər Xəbərlər