Reklam resmi
Reklam resmi

Azəriqaz 80 xadiməni işdən AZAD ETDİ

Azəriqaz 80 xadiməni işdən AZAD ETDİ
Cəmiyyət
452

Azərbaycanda hüquq pozuntuları daha çox sosial-iqtisadi sahədə baş verir. Bunu “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova İnsan Hüquqları Komitəsinin iclasında bildirib.

Ajans.az xəbər verir ki, o vurğulayıb ki, ölkədə kütləvi ixtisarlar gedir, işsizlik sürətlə artır və xüsusilə aşağı kateqoriyalı işçilər bu prosesdən təsirlənir. Qəhrəmanova misal gətirib ki, Azəriqazda 80 xadimə imtahan verə bilmədiyi üçün işdən çıxarılıb.

Ombudsmana çoxsaylı şikayətlər daxil olsa da, işəgötürən tərəfindən tədbir görülmür. Qəhrəmanova həmçinin bildirib ki, Dövlət Əmək Müfəttişliyi faktiki olaraq fəaliyyət göstərmir və bu quruma nəzarət gücləndirilməlidir.(Mənbə: anews.az)

Digər Xəbərlər