Reklam resmi
Reklam resmi

Türkiyədə şagirdlərin ilahilər oxumasına ƏRDOĞANDAN REAKSİYA

Türkiyədə şagirdlərin ilahilər oxumasına ƏRDOĞANDAN REAKSİYA
Dünya

Türkiyədə bir sıra məktəblərin Ramazan ayında təşkil etdiyi dini tədbirlər və uşaqların birgə ilahilər oxuması sosial mediada müzakirələrə səbəb olub. Hadisə birmənalı qarşılanmayıb, bəzi qruplar uşaqların bu cür fəaliyyətlərə cəlb edilməsinin onların düşüncə tərzinə təsir edə biləcəyini bildirərək narahatlıq ifadə ediblər.

Ajans.az xəbər verir ki, hadisənin geniş müzakirələrə səbəb olduğu bir vaxtda, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı məsələ ilə bağlı fikirlərini açıqlayıb. 

O, çıxışında deyib ki, uşaqların namaz və orucu öyrənməsi, dərs aralarında ilahilər oxuması heç kimə narahatlıq yaratmamalıdır.

Prezident vurğulayıb: “Uşaqlarımızın dərs aralarında məktəb həyətində həmişə bir ağızdan ilahilər oxuması sizi niyə narahat edir? Gənclərimizin dilində söyüş, təhqir yerinə Allah kəlməsinin olması sizi niyə bu qədər narahat edir? Laiqliq anlayışının arxasında gizlənməyi dayandırın. Probleminizi açıq şəkildə deyin.”

Prezident eyni zamanda, “Kabede Hacılar” ilahisini ifa edən Cəlal Karatürəni təbrik edib:

“Bu ilahini bütün xalqımızın dilinə və qəlbinə yerləşdirən, ölkəmizi həmin gözəl ilahilər sayəsində bir səs, bir ürək halına gətirən bəstəkarından ifaçısına qədər bütün qardaşlarımı buradan təbrik edirəm. Xüsusilə məktəb həyətlərində övladlarımızın həmişə birlikdə bu ilahilərə qoşulduğunu, bir ağızdan "Allah" sözünü səsləndirdiklərini görmək bizi çox sevindirdi və qürurlandırdı".

Qeyd edək ki, məktəb həyətində uşaqların birgə dini fəaliyyətləri müəllimlər və valideynlər arasında da fikir ayrılıqlarına səbəb olub.

Mövzular:
Ərdoğan Türkiyə məktəb

Digər Xəbərlər