Reklam resmi
Reklam resmi

Zabrat qəsəbəsindəki su xəttində qəza aradan QALDIRILDI

Zabrat qəsəbəsindəki su xəttində qəza aradan QALDIRILDI
Cəmiyyət

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Ajans.az xəbər verir ki, hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa  edilib. 

Bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standardlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

Mövzular:
ADSEA su təmir

Digər Xəbərlər