Malayziyada HƏYAT ÇÖKDÜ
Malayziyanın şərqindəki Sabah əyalətində baş verən daşqınlar nəticəsində 5000-dən çox sakin müvəqqəti yaşayış mərkəzlərinə köçürülüb.
Ajans.az Bernama agentliyinə istinadən xəbər verir ki, təxliyə edilənlərin sayı 5093 nəfərdir. Ştatda ümumilikdə 86 yaşayış məntəqəsi daşqınlardan zərər görüb. Malayziya Meteorologiya Xidməti yaxın günlərdə Sabahın daxili ərazilərində ildırım çaxma ehtimalı ilə bağlı xəbərdarlıq edib.
2024-cü ildə Malayziyaya təsir edən daşqınların dəyəri 933,4 milyon RM (təxminən 228,6 milyon ABŞ dolları) təşkil edib ki, bu da ölkənin ÜDM-nin 0,05%-inə bərabərdir.
Mövzular: