87 min manat vergi borcu iddia edilən “Sirab” dan CAVAB
Xəbər verdiyimiz kimi, Sirab Satış və Dağıtım Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə böyük miqdarda vergi borcu olduğu məlum olub.
Məsələ ilə bağlı, "Sirab Satış və Dağıtım" MMC-nin vəkili İqbal Rzazadə Ajans.az-a bildirib ki, vergi öhdəlikləri tam şəkildə ödənilib.
“ "Sirab Satış və Dağıtım" MMC olaraq vergi öhdəliklərimiz daimi icra olunur. Yaranmış vergi borcu tərəfimizdən tam şəkildə ödənilmiş, vergi borcumuz mövcud deyildir. Əlavə olaraq bildiririk ki, vergi öhdəlikləri dövrü olaraq yarandığı üçün vergi təqviminə uyğun olaraq cəmiyyətimiz tərəfindən mütəmadi vergi ödənişləri həyata keçirilir.” deyə, məlumatda əks olunub.
Mövzular: