Reklam resmi
Reklam resmi

UEFA bu futbolçunu irqçiliyə görə cəzalandırdı

UEFA bu futbolçunu irqçiliyə görə cəzalandırdı
Dünya

UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə komitənin bəyanatında deyilir.

"Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq", - deyə komitənin bəyanatında bildirilir.

Mövzular:
Benfika futbolçu irqçilik

Digər Xəbərlər