Məşhurlar arasında QALMAQAL: Səidə Sultan məhkəməyə verilir - VİDEO
Aparıcı Tarix Əliyev (Tolik) müğənni Səidə Sultanı polisə şikayət edib.
Ajans.az xəbər verir ki, buna səbəb Səidənin telekanllarla bağlı dediyi sözlər olub. Belə ki, Tolik və Səidə TikTok-da canlı yayıma girib. Onlar bir-birinin ünvanına qeyri-etik sözlər deyib.
Bundan sonra Tolik özü canlı yayım açıb və Səidəyə sərt sözlər bildirib. Aparıcı 102-yə zəng edərək, Səidə Sultandan şikayət edib. O bildirib ki, sabah gedib ərizə yazacaq və ifaçının məhkəməyə verəcək.