Reklam resmi
Reklam resmi

Şahzadə Endryu AZAD EDİLİB

Şahzadə Endryu AZAD EDİLİB
Dünya

Britaniya polisi Kral III Çarlzın qardaşı Şahzadə Endryu Mountbatten-Vindsorun 12 saatlıq həbsdən sonra azad edildiyini və onun Berkşirdəki keçmiş iqamətgahında axtarış aparıldığını açıqlayıb.

Ajans.az Sky News-a istinadən xəbər verir ki, araşdırmalar hələ də Vindzordakı kral malikanəsi Royal Lodge-da davam edir.

Britaniya mediası bildirir ki, Berkşirdəki mülk uzun illər Şahzadənin iqamətgahı olub, lakin o, 2025-ci ilin fevral ayında amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı təzyiqlər nəticəsində oradan köçüb.

Temza Vadisi Polisi dünən Sandrinqem mülkündəki Mountbatten-Vindsor evində axtarışı tamamlayıb. Şahzadə Endryu isə Epşteyn işi ilə bağlı həbs edilmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kral III Çarlz Şahzadə Endryu

Digər Xəbərlər