Reklam resmi
Reklam resmi

Samirə Mirzəyevaya hökm oxundu

Samirə Mirzəyevaya hökm oxundu
Kriminal

Əlillik dərəcələrinin təyin edilməsi vədini verərək külli miqdarda dələduzluq törətməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Ajans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. 

Hökmə əsasən, Samirə Mirzəyeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Samirə Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.(unikal)

Mövzular:
Samirə Mirzəyeva Hökm

Digər Xəbərlər