Reklam resmi
Reklam resmi

Bakıda temperatur 26 dərəcəyə YÜKSƏLİB

Bakıda temperatur 26 dərəcəyə YÜKSƏLİB
Cəmiyyət

Ölkə ərazisində fevralın 20-də saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.

Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

Mövzular:
hava proqnoz

Digər Xəbərlər