Reklam resmi
Reklam resmi

Qar, yağış, külək- Sabahın HAVASI

Qar, yağış, külək- Sabahın HAVASI
Cəmiyyət

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ajans.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Fevralın 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Mövzular:
Qar yağış külək

Digər Xəbərlər